ÜZÜM BAĞLARI
400 hektar
NAR BAĞLARI
350 hektar

Hekayəmiz

2011-ci ildə inşa olunmuş 2,5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Az-Granata meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir.

Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə və "tetra pak" qablarının dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, çeşidlənməsi, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd, hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.

Ətraflı

Mağazalarımız

Əlaqə