Məhsulların hekayəsi

Az-Granata şərab emalı zavodunda istehsal olunan məhsullar bunlardır:

  • Təbii şərablar (ordinar şərablar, saxlanılmış şərablar, markalı şərablar)
  • Xüsusi şərablar (likyor şərabları, ordinar, markalı və kolleksiya şərabları)
  • "Icewine" şərabı, qazlaşdırılmış şərablar
  • Meyvə şərabları (təbii kəmşirin nar şərabları, likyor şərabları, oynaq nar şərabı)
  • Konyaklar (ordinar konyaklar, markalı konyaklar (5, 6, 10, 20 illik))
  • Meyvə araqları (zoğal, tut, gavalı, alma, üzüm, ərik, nar, muskat)
  • Ətirli tünd içkilər (heyva, tomat, kəklikotu, tərxun); viskilər (5, 6, 7 illik)
  • Vodkalar (xüsusi və premium)
  • Meyvə şirə və kompotları
  • Təbii sular.

34

Şərab

11

Konyak

7

Tünd içki

2

Viski

2011-dən bəri

Xidmətinizdə

Ağsuda yerləşən zavod 8,8 hektar ərazidə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 m2 təşkil edir. Zavodda meyvə qəbulu və ilkin emalı sexi, spirt istehsalı sexi, şərab və digər spirtli içkilərin hazırlanma və süzmə sexi fəaliyyət göstərir. Həmçinin, zavodda 2 milyon litr tutumlu hazır məhsul anbarı da mövcuddur. Bundan başqa zavodda yerli və xarici şərabçılar, somelyelər üçün dequstasiya zalı təlim fəaliyyəti göstərir. Avadanlıqları Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransadan təmin edilən zavodun tərkibindəki analiz laboratoriyasında məhsulun kimyəvi və mikrobioloji, dad, ləzzət, aroma və satışa uyğunluğu üçün lazım olan bütün təhlillər aparılaraq gigiyenik standartlara uyğunluğu təmin olunur.

Üzümlər

Az-Granata MMC üzüm bağlarında süfrə (Sultanina, Prima, Ora, Kardinal, Alfons Lavalle, Danuta) və istehsal üçün nəzərdə tutulan (Mədrəsə, Saperavi, Rkasiteli, Kaberne Sovinyon, Merlo) üzüm sortları mövcuddur.

Çəlləklər

Çəlləklərin hazırlanmasında Cənubi-qərbi Avropa, Şərqi Avropa və Amerika palıdlarından istifadə olunur. Çəllək hazırlamaq üçün palıdın çoxillik oduncaq hissəsi tətbiq olunur. Az-Granata bu çəlləkləri Fransanın və İtaliyanın qədim və məşhur şirkətlərindən əldə edir.

Tıxaclar

Şərab tıxaclarının hazırlanmasında Aralıq dənizi ölkələrində bitən mantar palıddan istifadə olunur. Tıxac təmizlənir və 6-24 ay ərzində sakit saxlandıqdan sonra qaynar suda bişirilərək dezinfeksiya edilir və taninləri yuyulur. Müəssisəmizi bu tıxaclarla Portuqaliyanın ən məşhur tıxac istehsalçılarından biri olan "AMORIM" şirkəti təmin edir.

İstehsalat

Ağsuda yerləşən zavod 8,8 hektar ərazidə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 m2-dir. İstehsalat sahəsi 15000 m2 olan zavodun örtülü köməkçi sahəsi 5500 m2-dir.

Mağazalarımız

Əlaqə