Hekayəmiz

2011-ci ildə inşa olunmuş 12,5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Az-Granata meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlərdə meyvə şirələrinin saxlanılması, şərab və konyak spirtlərinin saxlanılması anbarından, distillə sexindən, şüşə və "tetra pak" qablarının dolumu və qablaşdırılması sexlərindən, hazır və köməkçi xammalın saxlanılması bölümlərindən ibarətdir. Meyvə qəbulu xəttində nar, üzüm, alma, armud, feyxoa, tut, zoğal və heyva məhsullarını emal edilir. Belə ki, zavod saatda 12 ton nar, 10 ton alma, 40 ton üzüm emal etmək gücünə malikdir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, çeşidlənməsi, xırdalanması, əzilməsi, sıxılması, yüksək temperaturda sterilizasiyası, aseptik çəndə saxlanılması (40 ədəd, hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü meyvə şirəsi üçün 100 milyon qablaşdırma, alkoqollu içkilər üçün isə 24 000 000 butulka təşkil edir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub. Az-Granata-nın 500 hektar üzüm, 350 hektar nar bağları vardır. Nar bağlarının əsas hissəsi orqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.




Xronologiya

Mağazalarımız

Əlaqə